SHARP ( 363 məhsul )

1912-ci ildə təsis edilmiş Sharp şirkəti Yaponiyanın elektron məhsullarını işləyib hazırlayan və istehsal edən çoxmillətli korporasiyasıdır. O AQUOS brendi altında satılan televizorları və günəş texnologiyasını, eləcə də optik elektronika, infraqırmızı və fleş-yaddaş elektronika sahələrində elektrik-texniki komponentləri   işləyib hazırlayan və istehsal edən dünyanın aparıcı innovativ korporasiyalarından biridir.

Plasmacluster, anti-bakterial və QuattronPro, ilk və yeganə 18 milyon sub-piksel təsvir keyfiyyəti daxil olmaqla Sharp şirkəti şəxsi texnologiyaları ilə inovvasiyalı elekton avadanlıqları bazarına malikdir.

Şirkət ilk LCD hesablayıcını 1973-cü ildə istehsal etmişdir.

Sharp tərəfindən həmçinin Yaponiya bazarı üçün ilk kameralı telefon 2000-ci ildə istehsal edilmişdir.

2005-ci ilin iyun ayında Sharp dövrün ən iri LCD televiziyasını istehsal etmişdir. 2012-ci ildə Sharp dövrün 80 düyüm ölçülü ekrana malik ən iri televizorunun istehsalına başlamışdır. 2013-cü ildə Sharp günəş şüasının 44.4%-ni rekord səviyyədə elektrik enerjisinə çevirən ən səmərəli günəş batareyasını işləyib hazırlamışdır. Sharp Yaponiya bazarında ən iri televiziya brendi olaraq qalır. Sharp 2015-ci ilin oktyabr ayında RoboHon adlanan və robot kimi işləyən smartfonları elan etmişdir. Bu smartfonlar 2016-cı ildə Yaponiyada satılacaq. Sharp  2015-ci ilin oktyabr ayından başlayaraq dünyada ilk 8K həlli televizoru satışa çıxaracaq.

Dünya miqyasında Sharp orta səviyyəli qiymətlərdən yüksək səviyyəli qiymətlərə malik malların satıldığı bazara xidmət göstərir.