SAMSUNG ( 129 məhsul )

Samsung Electronics baş ofisi Cənubi Koreya, Suvonda yerləşməklə Cənubi Koreyanın transmilli elektron şirkətidir.  Şirkət 80 ölkədə yığma zavodlara və satış şəbəkələrinə və təxminən 370,000 işçiyə malikdir. 70 il əvvəl təsis edilmiş Samsung yüksək texnologiyalı elektron avadanlıqların istehsalı və rəqəmsal media üzrə dünya bazarında aparıcı yer tutur.

Samsung 2002-ci ildən etibarən dünyanın ən iri istehsalçısına, 2006-cı ildən etibarən dünyanın ən iri televizor istehsalçısına və 2011-ci ildən etibarən dünyanın ən iri mobil telefon istehsalçısına çevrilib. Digər məhsullarla yanaşı Samsung LED və LCD panelləri, mobil telefonlar, yarımkeçiricilər, televizorlar istehsal edir. Bu brend orta səviyyədən yüksək səviyyəyə qədər bazar seqmentlərinə xidmət göstərir.