PHİLİPS ( 154 məhsul )

Niderlandın Royal Philips şirkəti çoxşaxəli texnoloji  şirkətidir və əsas diqqətini Səhiyyə, İstehlakçının Yaşam Tərzi və İşıqlandırma sahələrində ağlabatan inovasiyalar vasitəsilə  insanların yaşayış şəraitini yaxşılaşdırmağa yönəltmişdir. Niderlandda fəaliyyət göstərən Philips şirkəti 2014-cü ildə 21.4 milyard AVRO həcmində satış həyata keçirmiş və 100-dən artıq ölkədə satış və xidmət sahəsində çalışan  təxminən 108,000 işçiyə malik olmuşdur. Philips şirkətinin IP portfeli hazırda təxminən 59,000 patent hüququndan, 35,000 əmtəə nişanından, 81,000 dizayn hüququndan və 4,200 domeyn ad qeydiyyatından ibarətdir.

2012-ci ilə Philips şirkəti mövcud  gəlirlər müqabilində dünyada ən iri işıq həlli yolları istehsalçısı olmuşdur. Philips şirkətinin əsas məhsulları audio avadanlıqlar, Blu-ray pleyerlər, kompüter avadanlıqları və televizorlardan başqa kiçik məişət avadanlıqları, üzqırxanlar, kosmetik vasitələr, ana və uşağa qulluq vasitələri, elektrik diş fırçaları və kofe hazırlayan  maşınlar daxil olmaqla istehlak elektronikası və elektrik məhsullarıdır.