VESTEL ( 0 məhsul )

Vestel 1984-cü ildə təsis edilmiş və fəaliyyətə başlamışdır.

Vestel Group istehlak elektronikaları, məişət avadanlıqları, mobil texnologiyalar, işıq-diod işıqlandırma və müdafiə sənayeləri sahəsində istehsal, proqram təminatı və texnologiyanın inkişafı, marketinq və paylaşdırma üzrə fəaliyyət göstərən 24 şirkətdən ibarətdir.

Vestel-in payına Türkiyədə ümumi televizor ixracının 90% və irihəcmli məişət texnikasının 30%-i düşür. Şirkət məhsullarını aparıcı Yaponiya və Avropa brendləri altında 149 ölkəyə ixrac edir. 2006-cı ilə Vestel Avropa bazarının dörddə birini təşkil edən  8 milyondan artıq satılmış məhsulları ilə Avropada ən iri televizor istehsalçısı olmuşdur. Vestel həmçinin Şimali Avropa ölkələrində məşhur olan Vestfrost adlı ikinci brendə malikdir.

Elektronika bölməsində Vestel televizorlar, məişət texnikaları, işıq-diod işıqlandırma, o cümlədən orta səviyyəli qiymət kateqoriyasında smartfonlar istehsal edir.