KENWOOD ( 53 məhsul )

Kenwood 44 ölkədə fəaliyyət göstərən mətbəx avadanlıqlarının aparıcı istehsalçısıdır.

O Britaniya köklərinə malikdir və De’Longhi Group şirkəti onun sahibidir.  Kenwood mətbəx cihazları, ərzaq və içki hazırlığı (ərzaq prosessorları, blenderlər, şirəçəkənlər), Səhər yeməyi (çaydanlar, tosterlər. kofe hazırlayan  maşınlar) daxil olmaqla mətbəx avadanlıqlarını işləyib hazırlayır, istehsal edir və satır.

İlk Kenwood məhsulu Kenneth Wood tərəfindən icad edilən və 1947-ci ildə bazara çıxarılan, A100 kimi tanınan  toster olmuşdur. Şirkətin ilk ərzaq prosessoru bazara 1979-cu ildə çıxarılmışdır. 1989-cu ilə artan tələbatı ödəmək üçün Çində ilk zavodunu açmışdır. Spirtli İrland içkisi Baileys ilk dəfə Kenwood mikserindən istifadə etməklə hazırlanmışdır.