MİDEA ( 59 məhsul )

Təsis edildiyi 1968-ci ildən etibarən Midea kiçik yerli emalatxanadan başlayaraq bütün dünyada fəaliyyət göstərən məişət texnikası və istilik, ventilyasiya və hava kondisionerləri (İVHK) sistemləri üzrə aparıcı istehsalçıya qədər inkişaf yolu keçmişdir. Qırxillik dayanaqlı inkişaf sayəsində 2014-cü ildə şirkətin qlobal dövriyyəsi 23 milyard ABŞ dolları təşkil etmişdir. Bunun da nəticəsində Midea Çində və bütün dünyada 126 000 –dən artıq işçiyə malikdir.

Midea, əksəriyyəti Çində və biri Vyetnamda yerləşən 10 istehsal sahəsini istismar edir. Şirkət dünyanın 21 ölkəsində nümayəndəliklərə malikdir. 7 milyon kvadrat metrdən artıq istehsal obyektləri və 100 000 işçisi ilə Midea Çində aparıcı brenddir və dünyada inkişaf etməkdə olan nəhəng şirkətdir. Şirkət Vyetnam, Belarus, Misir, Braziliya, Argentina və Hindistanda istehsal bazaları yaratmaqla öz əməliyyatlarını genişləndirməyi davam etdirir və bəzi ölkələrdə əlavə zavodlar inşa edir. Şirkətin istehsal etdiyi məhsullar aşağı qiymət səviyyəsindən orta qiymət səviyyəsinə qədər dəyişir.

Midea-nın məhsul çeşidi: Hava kondisionerləri və Sənaye HK, Soyuducular, Paltaryuyan maşınlar, Kiçik mətbəx avadanlıqları, Məişət əşyaları, İşıqlandırma, Kompressorlar.