SKYWORTH ( 9 məhsul )

Skyworth Çinin holdinq şirkətidir. Onun törəmə şirkətləri televizor pristavkaları, televizor, A/V təhlükəsizliyi məhsulları, mobil telefonlar, avtoelektronika daxil olmaqla televizor və audiovizual məhsulların layihəsini işləyib hazırlayır, istehsal edir və satışını həyata keçirir.   

Şirkət 1988-ci ildə təsis edilmiş və baş ofisi “Çinin silikon vadisi” adlanan Şençıjen Yüksək Texnologiyalı Sənaye Parkında yerləşir və 30 min işçisi var. O həmçinin Avadanlıqların İlkin İstehsalçısıdır (Aİİ) və özünün əmtəə nişanından başqa brend adları altında pərakəndə şəkildə satdığı televizorlar istehsal edir. 2006-cı ildə Skyworth Çinin proqramları yaddaşına köçürə bilən ilk televizorlarını işləyib hazırlamışdır. 

O Çində  41 filial şirkət, 209 ofis yaratmış və Skyworth ilə imzalanmış müqavilələrə malik 20 mindən yuxarı sifarişçiyə malikdir. Skyworth aşağıdan orta səviyyəli qiymət seqmentində möhkəm mövqeyə malikdir və Çinin elektron avadanlıqları istehsal edən ən yaxşı 100 şirkəti arasında ən iri 14-cü istehsalçıdır.