DƏSTƏK

İnternet mağaza üzrə sizi maraqlandıran suallara bu sahifədə cavab tapa bilərsiniz

İŞ SAATLARI

Galaxy.az internet mağazasının iş qrafiki necədir?
  1. Onlayn sifarişlər Galaxy.az internet mağazasında gecə-gündüz qeyd olunur.
  2. Galaxy.az menecerləri bazar ertəsi - cümə günləri 10:00-dan 19:00 qədər işləyirlər.
  3. PULSUZ çatdırılma iş günləri saat 10:00-dan 20:00-dək həyata keçirilir.
  4. ÖDƏNİŞLİ çatdırılma saat 10:00-dan 20:00-dək həyata keçirilir, bazar günündən başqa.

QEYDİYYAT VƏ SİFARİŞ

Qeydiyyatdan necə keçməli?
  1. Galaxy.az saytının ƏSAS səhifəsinin yuxarı sağ küncündə «QEYDİYYAT» düyməsi yerləşir.
  2. QEYDİYYAT üçün QIRMIZI ULDUZLA qeyd olunan sahələri doldurmaq lazımdır
  3. Bir müddət sonra elektron POÇTUNUZU  yoxlayın, sizə TƏSDİQ MƏKTUBU gələcək
  4. QEYDİYYATIN tamamlanması üçün MƏKTUBDA VERİLƏN təlimatları yerinə yetirin
 
 
 
 
       
Sifarişi necə etməliyəm?
  1. Sadəcə MƏHSULUN yanında yerləşən «AL» düyməsini basın 
  2. Yeni açılan pəncərədə «SİFARİŞ ET» düyməsini basın 
  3. «SİFARİŞİN QEYDİYYATI» səhifəsində QIRMIZI ULDUZLA qeyd olunan sahələri doldurun
  4. ÖDƏNİŞ ÜSULUNU seçin
  5. Səhifənin aşağısında qırmızı rəngli «SİFARİŞ ET» düyməsini basın
  6. Bizim menecerlərin zəngini gözləyin 
    
 
      
Müştəri kabinetindən necə istifadə etməli?
  1. Galaxy.az saytının şəxsi kabineti YALNIZ qeydiyyatdan keçən isifadəçilər üçün nəzərdə tutulub
  2. QEYDİYYATDAN keçin, əgər siz bunu hələ etməmisinizsə
  3. Və ya əsas səhifədə sağda yuxarıda yerləşən «GİRİŞ» düyməsini basın
  4. «MƏNİM PROFİLİM» səhifəsində siz dörd əlfəcin görəcəksiniz
  5. «ŞƏXSİ MƏLUMAT» - bizim menecerlərin sizinlə əlaqə saxlaması üçün
  6. «ŞİFRƏNİ DƏYİŞMƏK» - sizin profilinizin təhlükəsizliyini təmin etmək üçün
  7. «SİFARİŞLƏRİN TARİXİ» - HƏR alış-verişinizi yadda saxlamaq üçün
  8. «SEÇİLMİŞ» - xoşunuza gələn MƏHSULLARI qeyd etmək üçün
  9. Yığılmış BONUSLAR haqqında məlumat da həmçinin ŞƏXSİ KABİNETDƏ göstərilir.
   
      
Məhsulun olub-olmamasını necə bilmək olar?
  1. Əgər məhsulun yanında qırmızı rəngdə "AL" düyməsini görürsünüzsə, deməli bu məhsul mövcuddur.
  2. Əgər məhsulun yanında mavi rəngdə "İstəyirəm!" düyməsini görürsünüzsə, deməli məhsulun olub-olmamasını dəqiqləşdirmək lazımdır.

ÖDƏMƏ

Hansı ödəmə metodları vardır?
  1. Sifarişin təsdiq edilmə səhifəsində «NAĞD Ödəniş» və ya «KARTLA Ödəniş»  bəndini seçmək olar
  2. Əgər sizdə BONUS balları yığılıbsa, məbləğin hissəsini bonuslarla ÖDƏYƏ bilərsiniz
  3. Əgər siz onlayn ödəyirsinizsə, sistem sizi ödəniş etmək üçün BANK-PARTNYORUN səhifəsinə yollayacaq
  4. Əgər siz nağd ödəyirsinizsə, çatdırılma xidmətinin nümayəndəsi pulu qəbul edib, sizə alış-veriş haqqında sənədləri  verəcək
  5. Kartla ödəniş üçün mobil terminallar hal-hazırda bizim mağazamızda müvəqqəti olaraq istifadə olunmur
Hədiyyə kartları varmı?
  1. Bizdə hədiyyə kartları yoxdur
  2. Bizdə ÇOXLU PULSUZ HƏDİYYƏLƏR (mükafatlar, endirimlər, bonuslar və ucuz qiymətlər) var
Bank kartı ilə ödəməni necə etməliyəm?
  1. Sifarişin təsdiq edilmə səhifəsində "KARTLA Ödəniş" bəndini seçin
  2. Əgər sizdə BONUS yığılıbsa, onda məbləğin hissəsini bonuslar hesabına ÖDƏYƏ bilərsiniz
  3. Kredit kartla onlayn ödəniş zamanı, sistem sizi ödəniş etmək üçün BANK-PARTNYORUN səhifəsinə yollayacaq 

ÇATDIRILMA

Çatdırılma növləri hansılardır?
  1. Çatdırılmaların iki növü mövcuddur: ÖDƏNİŞLİ və PULSUZ
  2. Çatdırılmanın xüsusi növü mövcuddur: məhsulu PARTNYOR mağazasından özünüz qəbul edirsiniz
  3. PULSUZ çatdırmalar iş günləri saat 10:00 - 20:00 arası həyata keçirilir
  4. Ödənişli çatdırılmalar saat 10:00 - 20:00 arası həyata keçirilir, bazar günündən başqa
  5. Pulsuz çatdırmalar YALNIZ sifarişin MİNİMAL MƏBLƏĞİ şərtinin yerinə yetirilməsi zamanı həyata keçirilir
  6. Əgər sifariş gündüz saat 12:00 qədər qəbul olunubsa, onda 24 saat ərzində çatdırılmanı gözləyə bilərsiniz
  7. Əgər sifariş gündüz saat 12:00 sonra qəbul olunubsa, onda növbəti gün axşama qədər çatdırılmanı gözləyə bilərsiniz
  8. Bizim menecer çatdırılma vaxtını və saatını dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaq
  9. Daha ətraflı məlumat üçün «ÇATDIRILMA ŞƏRTLƏRİ» bölməsinə baş çəkin 

AKSIYA, ENDİRİM VƏ BONUSLAR

Elektronikanı daha ucuz necə əldə etmək olar?
  1. Galaxy.az saytının ƏSAS səhifəsində sağda reklamın altında «KAMPANİYALAR» bölməsi yerləşir
  2. Siz «KAMPANİYALAR» bölməsində ilk olaraq ƏLVERİŞLİ qiymətlə dörd məhsul görürsünüz
  3. Daha çox məhsul almaq istəyirsiniz? Sağda yerləşən «BÜTÜN KAMPANİYALAR» düyməsini basın.
  4. QIRMIZI taymer ENDİRİMLİ SATIŞIN başlanmasına qalan vaxtı göstərir
  5. ENDİRİMLİ SATIŞİN başlanması haqqında XƏBƏRDARLIQ almaq üçün «MƏKTUB» şəkilinə basın
  6. YAŞIL taymer SATIŞIN sonuna qədər qalan vaxtı göstərir
  7. Əlverişli qiymətlə SİFARİŞ etmək üçün «AL» düyməsini basın 
 
 
       
Bonuslar necə qazanılır?
  1. Galaxy.az saytı ŞƏXSİ KABİNETDƏ olan hesabınız üçün BONUSLAR almaq üçün iki üsul təklif edir
  2. ÜSUL 1: Galaxy.az saytında ALIŞ-VERİŞ edin və mükafat olaraq BONUSLAR əldə edin
  3. BONUSLAR YALNIZ qeydiyyatdan keçən isifadəçilərin hesabında yığılır
  4. Bonusun MƏBLƏĞİ sizin galaxy.az saytında əldə edən məhsulun QİYMƏTİNDƏN asılıdır
  5. VIP bonuslar BÖYÜK sifarişlər üçün nəzərdə tutulub
  6. ÜSUL 2: Xüsusi AKSİYALAR vaxtı BİRİNCİ olaraq qeydiyyatdan keçin və BONUSLAR və HƏDİYYƏLƏR qazanın
Bonuslardan necə yararlanmaq olar?
  1. Əgər sizdə BONUSLARIN bir miqdarı YIĞILIBSA, onlardan SİFARİŞİN ÖDƏNİŞİ üçün istifadə edə bilərsiniz
  2. Sifariş edərkən «BONUSLARLA ÖDƏMƏK» seçimindən istifadə edin 
  3. Sifarişin MƏBLƏĞİ BONUSLARIN məbləğinə uyğun olaraq AZALDILACAQ
  4. YENİ bonuslar hətta bu halda sizin hesabınıza daxil olacaq

DƏYİŞDİRMƏ VƏ QAYTARMA

Məhsulun təmirini necə etməli?
  1. ATL Electronics tərəfindən verilən ZƏMANƏT TALONUNUN mövcudluğu yoxlayın
  2. Galaxy.az saytının «ƏLAQƏLƏR» bölməsində xidmət mərkəzinin TELEFONUNU tapın
  3. Xidmət mərkəzinə zəng vurun və PROBLEMİ izah edin
  4. Xidmət mərkəzinin OPERATORU sizin SİFARİŞİNİZİ qeyd edəcək və mütəxəssislə calaşdıracaq
  5. Xidmət mərkəzinin mütəxəssisinin təlimatlarını izləyin
Malın dəyişdirilmə və qaytarılma şərtləri

Mübahisəli məsələlərin həlli üçün biz İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununu əsas tuturuq:

  1. Alış-veriş günündən 14 gündən artıq keçməyib (alış gününü nəzərə almayaraq);
  2. Məhsul keyfiyyətini itirməyib;
  3. Məhsul istifadə olunmayıb, yəni qablaşdırma pozulmamışdır, istismar izləri yoxdur, məmulatın komplektasiyası olduğu kimi saxlanılıb;
  4. Məhsulun istehlak xüsusiyyətləri saxlanılıb;
  5. Məhsulun galaxy.az internet mağazasında alınmasının sübutları var (qəbz və ya ödənişi təsdiq edən digər sənəd);
  6. Məhsul rəqəmli idarə blokuna və ya mikroprosessor avtomatikasına malik deyil;
  7. Məhsul stasionar və ya portativ kompüter deyil;
  8. Qaytarılma səbəbi məhsulun idarə olunmasında çətinliklə bağlı deyil.

Bu şərtlərə riayət olunursa, əldə edilən məhsulu dəyişdirmək və ya ödənmiş pulun geri alınması ilə qaytarmaq olar.

Sualınıza cavabı tapa bilmədinizsə bizimlə əlaqə saxlayın: