QABYUYAN MAŞINDA YUYULMASI ASAN OLAN 10 ƏŞYA

20.12.2016

Çoxları Bakıda qabyuyan maşın almırlar, çünki düşünürlər ki, o yalnız bir işi bacarır – qab-qacaq yumaq. Əslində, onu digər kiçik əşyaların yuması üçün də istifadə etmək olar. Gəlin baxaq, bu maşının köməyi ilə nəyi tez və keyfiyyətlə yumaq olar.

Diqqət: məqalənin sonunda biz bu cür universal qabyuyan maşın haqqında danışacağıq və sizə onu Bakıda haradan əldə etmək haqqında söyləyəcəyik.

Beləliklə, qabyuyan maşında qablardan başqa nə yumaq olar?

 

1. Oyuncaqlar

Hər bir ana uşaqların sevimli oyuncaqlarının təmiz olduğunun əhəmiyyətini bilir. Oyuncaqların ən rahat yuma üsulu — onları qabyuyan maşına yükləməkdir.

2. Heykəlciklər

Vaxt itirib, farfor heykəlcikləri bir-bir silməyə artıq ehtiyac yoxdur. Sadəcə onları qabyuyan maşında səliqəli yerləşdirin və yuma rejimini seçin.

3. Daraqlar

Evdə bütün paslanmış daraqları yığın və vaxtın artıq xərci olmadan qabyuyan maşında onları yuyun. Bu qayda ilə həmçinin makiyaj üçün fırçaları da yumaq olar, amma nəzərə alın ki, onlar üçün ən mülayim rejimi seçmək lazımdır.

4. Ev heyvanlarının kasaları

Niyə də yox? Sizin sevimli heyvanların yemək kasaları və oyuncaqları həmçinin təmizliyə və qulluğa ehtiyac duyur.

5. Mətbəx süngərləri

Qab-qacağın yuması üçün nəzərdə tutulan süngərlər özlərini tez-tez çirklənir və onları bəzən təmizləməyə və dezinfeksiya etməyə tövsiyə edilir. Qabyuyan maşında uyğun rejim — yumanın ən yaxşı üsuludur.

6. Bijuteriya

Eyni üsulla bəzək əşyalarını da yumaq olar. Yalnız onların örtüyünü yoxlamağı və xüsusi qutuya  yerləşdirməyi unutmayın ki, onlar suda itməsinlər.

7. Alətlər

Alətlər müxtəlif olur. Bəziləri ehtiyatlı qulluq və təmizlik tələb edirlər. Onlar üçün sizin qabyuyan maşınınız ən yaxşı dost olacaq.

8. Filtrlər və cihazların detalları

İstənilən mənzildə tozsoran, kondisioner, aspirator var. Və bunların hamısı, bir qayda olaraq, təmizləməni tələb edən filtrlərlə təchiz edilmişdir. Onları qabyuyan maşına yükləyin və yuyun!

9. Nahar konteynerləri

Sirr deyil ki, plastik qablar piydən daha çətin yuyulur,  və aydındır ki, qabyuyan maşın onları daha sürətli və daha yaxşı yuya bilər, nəinki hətta ən təmizkar insan.

10. İdman malları

Müxtəlif toplar, qoruyucu təchizat, raketlər, rezin espanderlər və başqa idman avadanlığını qabyuyan maşında yumaq olar  və bunun üçün xüsusi olaraq paltaryuyan maşınını işə salmağa ehtiyac yoxdur.

 

Vacibdir. Əmin olun ki, yüksək temperatur və su sizin yumaq istədiyiniz əşyaları korlamayacaq, həmçinin, xırda detalları xüsusi qutuya yerləşdirin.

 

Söz verdiyimiz kimi, sizə Sharp QW-V634RX-B qabyuyan maşınını təqdim edirik – onu Bakıda  Galaxy.az onlayn-mağazasında asanlıqla əldə etmək olar!

Bu model bütün lazımlı funksiyalarla təchiz edilmişdir və hər bir çətin işin öhdəsindən gəlməyə bacarıqlıdır. 6 proqram və 12 dəst qab-qacağı yükləmək imkanı bu Sharp qabyuyan maşınını təsərrüfatda universal köməkçiyə çevirir.

221