BLENDERDƏ ASAN HAZIRLANAN 3 DADLI SMUZİ

24.01.2017

Bildiyiniz kimi, Galaxy.az saytında istənilən məişət texnikasını və elektronikanı hədiyyə almaq olar. Keçmiş ay ərzində bir neçə bizim istifadəçimiz çaydanlar, mikserlər, blenderlər uddu! Biz blenderdə asan hazırlanan dadlı və faydalı içkilərin reseptlərini seçməyə və sizə təqdim etməyə qərar verdik.

Əgər siz hələ bizim qaliblərimiz arasında deyilsinizsə, kefinizi pozmayın. Biz onlayn-mağazamızda blenderlərə qiymətləri 2014-cü ilin qiymət səviyyəsində saxlamışıq! Bu o deməkdir ki, YALNIZ bizdə siz  əla çoxfunksiyalı blenderi çox sərfəli qiymətə əldə edə bilərsiniz.

Keyfiyyətli mal alın və yeni içkilərin dadından zövq alın!

Banan smuzisi

Ərzaqlar: 1 stəkan ilıq su, 1 banan, ¼ stəkan xırdalanmış fındıq, sümüksüz 2-3 xurma, ¼ çay qaşığı darçının, ½ çay qaşığı vanil cövhəri
Blenderdə bütün inqrediyentləri yerləşdirin və qarışdırın. İsti halda masaya təqdim edin.

Bal-portağal smuzisi

Ərzaqlar: 1 böyük portağalın şirəsi, sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, 1 kök, ½ limon şirəsi, 1 xörək qaşığı bal, 200 ml qaynanmış su, 50 ml soyuq su
Blenderdə inqrediyentləri yerləşdirin, bir az soyuq və isti su əlavə edin. Hər şeyi diqqətlə qarışdırın, və sonra isti suyun qalan hissəsini əlavə edin. İlıq halda masaya təqdim edin.

Darçınla alma smuzisi

Ərzaqlar: 1 fincan süd, 1 sürtkəcdən keçirilmiş alma, ¼ stəkan qaynadılmış Herkules, ½ xörək qaşığı ağcaqayın və ya qəhvə siropu, 1 çay qaşığı darçın, şəkər tozu
Blenderedə bütün inqrediyentləri qarışdırın. Sonra stəkanlara süzün və üzərinə şəkər tozu səpin.

146