GİNA - MƏTBƏX ÜÇÜN AĞILLI CİHAZ

16.11.2016

Elektronika indiki zamanda daha da ağıllı və sərbəst olur. Məsələn, bu yaxınlarda smartfonla idarə olunan qəhvəbişirən istehsal olunub.  

Hər tip qəhvəbişirən, adətən, qəhvənin müəyyən növləri üçün nəzərdə tutulub. Əlbəttə, müxtəlif kapsullardan istifadə etmək olar, ancaq bu dadın bütün incəliklərini çatdırmır.

Gina adlı qəhvəbişirən həm istənilən qəhvə içkilərini hazırlaya bilmir, həm də sizə bu işi öyrədə bilər. Bütovlükdə, Gina çox sadə işləyir və adi görünür. Amma hazırlama prosesi ən mühüm hissəni təşkil edir. Sirr ondadır ki, o tamamilə istifadəçinin smartfonuyla idarə olunur, sadəcə xüsusi firma proqramını yükləmək lazımdır. Gina qəhvəbişirəni Wi-Fi və Bluetooth şəbəkələrini dəstəkləyir. Hazırlama prosesinin başlanğıcından sonra, smartfon özü istifadəçiyə deyəcək ki, nəyi və nə vaxt aparata əlavə etmək lazımdır. Həmçinin proqramda reseptlər kitabxanasını tapmaq olar - inqrediyentlər, nisbətlər və hazırlama vaxtı haqqında faydalı məsləhətlərlə.

145