YENİ İPHONE 8 ƏYRİ SHARP EKRANINA MALİK OLACAQ

16.11.2016

Nikkei portalı bildirdiyi kimi,  Apple şirkəti iPhone 8 smartfonunu unikal əyilmiş OLED-ekranla təchiz etməyi planlaşdırır.

Bu dizaynda yeni addım olacaq, axı əvvəlki iki model öz aralarında əhəmiyyətli fərqlərə malik deyildi. Əyilmiş ekranlar artıq digər məşhur istehsalçılar tərəfindən istifadə olunur – onların rəng ziddiyyəti daha yaxşıdır, və bu istifadəçi üçün geniş imkanlar yaradır.

 

Sharp şirkətinin prezidenti Taya Cen Vu bildirdi ki, iPhone təkamül edir və hərçənd yeniliyin necə qəbul olunacağı hələ bilinmir, ancaq əgər Apple dəyişməyəcəksə, onda heç bir innovasiya olmayacaq.

Sharp şirkəti artıq OLED-ekranların istehsalı üzrə Yaponiyada yeni zavodun tikintisinə başlayıb.

136