2016-CI İLİN ƏN İSTİ SMARTFONLARI!

09.01.2017

Hərdən elə olur ki, telefonun enerji toplanması zamanı ondan istifadə etmək lazımdır. Bu anda telefon adətən çox qızır və siz bundan ehtiyyat edə bilərsiniz – xüsusilə də "partlayan" Samsung Galaxy Note 7 smartfon haqqında xəbərlərdən sonra.

Çin saytı Chongdiantou.com 2016-cı ilin flaqmanları arasında istifadə zamanı ən çox isinən smartfonu tapmağa qərar Temperatur yükləmənin 30 dəqiqəsindən sonra ölçülürdü.
Yoxlanılan smartfonlar:

  • Samsung Galaxy S7 edge
  • OnePlus 3T
  • Huawei Mate 9
  • Xiaomi Mi Note 2
  • Google Pixel XL

Ən isti smartfon Samsung Galaxy S7 edge elan olundu – onun bir sahəsində 46 °С müşahidə olunurdu. Ən tez enerji toplayan OnePlus 3T smartfonun qızğınlığı 45.7 °С dərəcəyə çatırdı, onun metal korpusun bütün səthi qızdı.

Xiaomi Mi Note 2-da dal panelin temperaturu 43.6 °С təşkil edirdi. Google Pixel XL smartfonun maksimumu 42.1 °С oldu. Çin samrtfonu Huawei Mate 9 isə bu sınaqda ən dözümlü oldu, o cəmi 38.5°С dərəcə qızdı.

152