ƏN ƏLÇATAN YIĞCAM 3D-PRİNTER TƏQDİM EDİLDİ

16.11.2016

3D-çap bizim günlərdə artıq "gələcəkdən qələn" texnologiya kimi görünmür, amma eyni zamanda hələ də insanların əksəriyyəti üçün bahalı avadanlıq hesab olunur. Çin istehsalçıları bu texnologiyanı daha əlçatan etməyə qərar verdilər və dəyəri 100$ olan PocketMaker yığcam 3D-printer yaratdılar.

Avadanlıq tərəfləri 8 santimetr olan və 850 qram çəki ilə kub formasında yerinə yetirilib. Çap ağ, çəhrayı, mavi və sarı rəngli PLA və ABS saplarının köməyi ilə həyata keçirilir.

İstifadəçi gələcək məmulatların şəxsi 3D-modellərini çəkə və ya proqramda Android, IOS, Windows və Mac OS ƏS üçün hazır maketlər bazasından istifadə edə bilər.

Indiegogo kütləvi mliyyələşdirilmə saytında PocketMaker 3D-printeri üçün pul yığım kampaniyası başlanıb. Artıq sorğu elənən 70 mindən 30 min dollar yığılıb. Əgər yaradıcılar lazımlı məbləği yığacaqlarsa, cib 3D-printeri satışda artıq 2017-ci ilin iyununda 149 dollar qiyməti ilə çıxacaq. İndiki, sifarış qiyməti 99 dollar təşkil edir.

110