TOP-25 – 2016-CI İLİN ƏN ZƏİF ŞİFRƏLƏRİ

24.01.2017

Hər il İKT sahəsində ixtisaslaşdırılan nəşrlər gülməli şifrələrin siyahılarını dərc edir. Lakin istifadəçilər yenə də asan yadda qalan və tez yığılan sadə kombinasiyaları seçirlər.
Ən zəif və təhlükəki olan "123456" kombinasiyası əvvəlki kimi reytinqdə birinci yerini saxlayır.

TOP-25-də bu il iki qeyri-adi kombinasiya düşdü: "18atcskd2w" və "3rjs1la7qe". Mütəxəssislər hesab edirlər ki, bu şifrələr spam-botlar tərəfindən istifadə olunur.

Əgər siz bu siyahıda öz şifrənizi tapdınızsa, onu təcili dəyişdirin. Sizin hesabınızdan hətta xəbəriniz olmadan kütləvi spam məktubları göndərilə bilər.  

Şifrə sizin haqqınızda hamıya məlum məlumatları (doğum tarixi, qohumların və ya ev heyvanlarının adları) özündə əks etdirməməlidir, baş və sətri hərflərdən istifadə etmək arzu olunandır. Bir çox saytlar  həmçinin ikiqat avtorizasiya təklif edir (sizin nömrənizə gələn sms vasitəsilə təsdiq etmə), təhlükəsizliyinizə görə bu xidmətdən istifadə edin.

203