YOUTUBE GAMİNG ƏLAVƏSİ RUS DİLİNDƏ PEYDA OLDU

16.11.2016

YouTube-Gaming əlavəsi rəsmən Rusiya istifadəçiləri üçün buraxıldı.

YouTube-Gaming köməyi ilə videooyunlar həvəskarları mobil qurğuda öz oyun prosesinin onlayn-yayımını keçirə biləcəklər. Bundan başqa, proqram həmçinin istifadəçilərin arasında ünsiyyəti və məşhur və yeni oyunlar haqqında müxtəlif xəbərlərə baxışları da nəzərdə tutur.

Rusiyada ən məşhur videooyunlar Global Offensive, GTA V, World of Tanks, Minecraft və Dota 2 hesab edilir, sorğulananlar arasında birinci yerdə isə STALKER oyunu dayanır.

İndi YouTube Gaming əlavəsini rus dilində Android və ya iOS sistemli portativ devaysın hər bir sahibi istifadə edə bilər. Bundan başqa, proqramı şəxsi kompyuterdə quraşdırmaq imkanı da mövcuddur.

151