ZƏMANƏT

ÜMUMİ MƏLUMAT

Hazırkı Zəmanət Müqaviləsi ATL Electronics şirkətinin Azərbaycan Respublikası ərazisinə idxal etdiyi məhsullarda İstehsalçının təqsirindən əmələ gələn nasazlıqların aşkar edilməsi təqdirdə İstehlakçıların iddialarının təmin edilməsi üzrə ATL Electronics şirkətinin üzərinə götürdüyü öhdəliklərlə bağlı şərtləri müəyyən edir.

Hazırkı Zəmanət Müqaviləsi qaydaları və ardıcıllığı, habelə ATL Electronics şirkətinin Azərbaycan Respublikası ərazisinə idxal etdiyi malların keyfiyyəti ilə bağlı İstehlakçılardan gələn iddiaların qəbul olunması tarixləri və üsullarını müəyyən edir.

ZƏMANƏT TALONU

Şirkətin zəmanət talonu İstehsalçının təqsirindən əmələ gələn nasazlıqların aşkar edilməsi təqdirdə ATL Electronics şirkətinin İstehlakçıların iddialarının təmin edilməsi ilə bağlı öhdəliklərin qəbul olunmasını təsdiq edir.

Aşağıda göstərilən şərtlərə əməl olunmadıqda ATL Electronics şirkəti zəmanət öhdəlikləri üzrə istehlakçıların tələblərinin təmin edilməsindən və məhsulun pulsuz servis xidmətindən imtina etmək hüququnu özündə saxlayır.

ATL Electronics şirkətinin zəmanət talonu yalnız aşağıdakı məlumatların düzgün və aydın şəkildə göstərildiyi təqdirdə etibarlıdır:

  • model;
  • məhsulun seriya nömrəsi;
  • satış tarixi;
  • satıcı şirkətin açıq-aydın görünən möhürləri;
  • alıcının imzası.

Xidmət Mərkəzinə şikayət nəticəsində daxil olan məhsulun modeli və seriya nömrəsi zəmanət talonundakı göstərilən məlumatlara uyğun olmalıdır.

Bu şərtlər pozulduqda, eləcə də zəmanət talonunda əks etdirilən məlumatlar dəyişdirildikdə, silindikdə və ya təzədən yazıldıqda, zəmanət talonu etibarsız hesab edilir. Satış tarixini müəyyən etmək mümkün olmadıqda, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsasən zəmanət tarixi məhsulun istehsal edildiyi tarixdən etibarən hesablanır.

İstehlakçının məhsulun istismar qaydalarına əməl etməsi şərti ilə, ATL Electronics şirkəti satış tarixindən hesablanan zəmanət müddətini və zəmanət müddətinin bitməsi tarixindən hesablanan pullu servis xidmətinin müddətini müəyyən edir.

PULSUZ SERVİS XİDMƏTİ VƏ ZƏMANƏT ÖHDƏLİKLƏRİNİN ŞƏRTLƏRİ

Pulsuz servis xidməti dedikdə ATL Electronics şirkətinin alıcıdan (istehlakçıdan) ödəniş tələb etmədən məhsulda İstehsalçının təqsirindən yaranan nasazlıqların (qüsurların) aradan qaldırılması ilə bağlı öhdəlikləri nəzərdə tutulur.

ATL Electronics şirkəti aşağıdakı hallarda zəmanət öhdəliklərini üzərinə götürmür və pulsuz servis xidmətini göstərmir:

  • şəxsi (məişət, ailə) ehtiyacları üçün nəzərdə tutulan məhsul sahibkarlıq fəaliyyəti və ya birbaşa təyinatına uyğun olmayan digər məqsədlərlə istifadə edildikdə;
  • istehlakçıya məhsulla bir dəstdə verilən İstifadəçi təlimatında və digər sənədləşmədə göstərildiyi kimi məhsulun istismar, quraşdırma qaydaları və şərtləri pozulduqda;
  • məhsulda qeyri-ixtisaslı təmir cəhdi izləri olduqda;
  • məhsulun konustruksiyasına və ya sxeminə İstehsalçı tərəfindən nəzərdə tutulmayan dəyişdirilmə edilməsi, xarici qurğuların qoşulması səbəbindən defekt əmələ gəldikdə;
  • qüsur qarşısıalınmaz qüvvələrin, bədbəxt hadisələrin, istehlakçının və ya üçüncü şəxslərin qəsdən edilən və ya ehtiyatsız hərəkətlərinin təsiri nəticəsində yarandıqda;
  • rütubət, yüksək və ya alçaq temperatur, korroziya, oksidləşmə, məhsulun içərisinə kənar əşyalar, maddələr, həşəratlar və ya canlıların düşməsi təsirindən əmələ gəlmiş mexaniki zədələnmələr aşkar olunduqda;
  • məhsulun istismarı zamanı təbii yeyilmə nəticəsində defekt əmələ gəldikdə. Təbii yeyilmə dedikdə uzunmüddətli istismar nəticəsində məhsulun texniki vəziyyəti və xarici görünüşünün pisləşməsi nəzərdə tutulur;
  • əgər zədələnmə (qüsurlar) enerji, kabel, telekommunikasiya şəbəkələri və radiosiqnalın standartlara və ya texniki reqlamentlərə uyğunsuzluğu səbəbindən, məhsulun bu şəbəkələrin sərhədində və ya ondan xaricdəki zonalarda istifadə olunması səbəbindən, o cümlədən relyef və digər xarici faktorların təsiri səbəbindən yarandıqda;
  • məhsulun nişanlama etiketlərində göstərilmiş məlumatlar düzəldilib və ya silinib, habelə məhsulun üzərində nişanlama etiketləri olmadığı halda.

 

İSTEHLAKÇI İDDİALARININ QƏBUL OLUNMASI QAYDALARI VƏ TARİXLƏRİ 

ATL Electronics Xidmət Mərkəzində İstehsalçının təqsirindən əmələ gələn nasazlıqlarla bağlı daxil olan ərizə və iddiaların xidməti standart müddət ərzində həyata keçirilir.

REAKSİYA MÜDDƏTİ— sifarişçinin Xidmət mərkəzinə müraciətlə mühəndisin  növbəti gün ona verdiyi məsləhətin arasında olan vaxt.

MÜHƏNDİSİN GƏLMƏ MÜDDƏTİ —  Xidmət Mərkəzində sorğunun qeydiyyatı ilə mühəndisin 5 gün ərzində sifarişçinin ərazisinə gəlişi arasında olan vaxt.

TƏMİR MÜDDƏTİ — Xidmət Mərkəzində sorğunun qeydiyyatı ilə avadanlığın təmiri arasında olan vaxt (nasaz avadanlığın işlək vəziyyətə gətirilməsi) — 20 gün ərzində.