0.00₼ Yoxla

Çatdırılma

 Əgər siz bu məqaləni oxuyursunuzsa, deməli, çox güman ki, onlayn alışın üstünlüklərini artıq dərk etmisiniz. Siz malın daşınması zamanı özünüzü qayğılardan azad edəcəksiniz – aldığınız malı göstərdiyiniz ünvana qısa müddətdə və ehtiyatla çatdıracağıq.

Çatdırılmanın üstünlükləri:

Münasib zamanda;

Kuryer malın çatdırılmasına bir saat qalmış sizinlə əlaqə saxlayacaq;

Malın xüsusi avtomobillərdə ehtiyatla daşınması;

Mərtəbədən asılı olmayaraq malın göstərilən ünvana çatdırılması (binada lift olmasa belə);

Malın qablaşdırmadan çıxarılması və nümayiş etdirilməsi;

Tələb olunduqda quraşdırma;

 «Galaxy.az» saytindan müstəqil şəkildə sifariş verilən malın çatdırılması

 Cari gün ərzində saat 09:00-dan 16:00-dək rəsmiləşdirilən sifarişlər həmin gün çatdırılır. Saat 16:00-dan sonra rəsmiləşdirilən sifarişlər ertəsi gün çatdırılır. Malın əldə olmaması səbəbindən çatdırılmanın bir neçə gün təxirə salına biləcəyi hallar istisna təşkil edir. Вelə olduqda alıcıya mövcud vəziyyət barədə tam məlumat verilir. 

Siz malın çatdırılmasını saat 09:00-dan 20:00-dək sifariş edə bilərsiniz

Çatdırılmanın qiyməti

Qiyməti 50 manat və daha yüksək olan yaxud ümumi dəyəri 20 manat və daha artıq təşkil edən mallar pulsuz çatdırılır. Sifarişin dəyəri 50 manatdan aşağı olduqda çatdırılmanın qiyməti 5 manat təşkil edir.

Sifariş verdiyiniz mal saytda rəsmiləşdirmə zamanı göstərdiyiniz ünvana çatdırılacaq. Saytdakı Şəxsi kabinetə daxil olmaqla çatdırılma ünvanının düzgünlüyünü və alıcının əlaqə nömrələrini yoxlayın.


Sizin malınız sifarişdə göstərilən tarixdə göndəriləcək və ünvana çatdırılmaya bir saat qalmış kuryer sizinlə əlaqə saxlayacaq.


Sizin malınız göstərdiyiniz məkana çatdırılacaq, istismar/istifadə təlimatına uyğun olaraq qablaşdırmadan çıxarılacaq və nümayiş etdiriləcək, həmçinin zəmanət talonu təqdim olunacaq. Diqqət: sifarişinizin rəsmiləşdirilməsi zamanı malın keyfiyyətini yoxlamaq məqsədi ilə anbarda qablaşdırmanın açılması həyata keçirilə bilər.


Siz malın və xidmətin dəyərini əmtəə çekinə uyğun olaraq öncədən yaxud çatdırılma xidmətinin əməkdaşına bilavasitə ödəməlisiniz.


Malı aldığınızı öz imzanızla təsdiq etməlisiniz. Əgər iradlarınız varsa, onları Əmtəə qəbzinin “Xüsusi qeydlər” bölməsində göstərməlisiniz. Mal sifarişdə və Əmtəə qəbzində soyadı, adı, atasının adı qeyd olunmuş alıcıya yaxud onun səlahiyyət verdiyi şəxsə təqdim olunur.